18 iyun 2019, 18:30

Bəxtiyar Rəşidov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin diqqət və qayğınız nəticəsində xalqımızın rifah halı gündən-günə yaxşılaşır, ölkəmiz inkişaf edir və dünyanın qabaqcıl dövlətləri arasında öz layiqli yerini tutur. Bunun bariz nümunəsi rayonumuzun ucqar dağ kəndlərinə, o cümlədən bizim Nuravud kəndinə yeni avtomobil yolunun çəkilməsidir.

Cənab Prezident, yeni yolun çəkilməsi hədsiz sevincimizə səbəb oldu. Bu yol əhalinin rahat gediş-gəlişini, avtomobillərin təhlükəsiz hərəkətini təmin edəcək.

Möhtərəm cənab Prezident, biz Nuravud kəndinin sakinləri yaradılan şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi həmişə sevindirsin, yollarınız daim açıq və uğurlu olsun.

Dərin hörmətlə,

Rəşidov Bəxtiyar

Malıyev Atamalı

Babayev Zakir.

Azərbaycan Respublikası, Lerik rayonu, Nuravud kəndi.