18 iyun 2019, 16:10

Vəli Vəliyevdən, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan Respublikasının inkişafında çox böyük xidmətləriniz var. Rayonumuzda da bütün sahələrdə aparılan quruculuq işləri sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Cənab Prezident, “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 30 mart tarixli Sərəncamınızın icrası uğurla başa çatdırılıb və şəhərimiz dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunub.

Həm rayonumuzda içməli su təminatının yaxşılaşdırılmasına, həm də aparılan abadlıq-quruculuq işlərinə görə sakinlər adından Sizə minnətdarlığımızı bildirir, dünyada ən şirin nemət olan cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Vəliyev Vəli Mikayıl oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu.