15 iyun 2019, 12:45

Teyyub Qəhrəmanov və Enfira Həsənovadan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün vəsaitin ayrılması barədə 2019-cu il 12 iyun tarixli Sərəncamınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Biz bunu çox mühüm qabaqlayıcı tədbir kimi qiymətləndiririk. Çayın öz məcrasından çıxması rayonumuz üçün fəlakətə çevrilə bilərdi. Vətəndaşlara dəyə biləcək zərər və ziyanın qarşısı məhz bu Sərəncam sayəsində etibarlı şəkildə alınacaqdır.

Cənab Prezident, bir daha Sizə dərin minnətdarlığımızı bildirir, daim firavan həyat arzulayırıq.

Hörmətlə,

Qəhrəmanov Teyyub Fərman oğlu

Həsənova Enfira Manafəli qızı.

Azərbaycan Respublikası, Astara rayonu, Şiyəkəran kəndi.