15 iyun 2019, 12:15

Durna Kərimovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim həyat yoldaşım Kərimov Elxan Sümbəy oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar zamanı 1992-ci il yanvarın 26-da şəhid olub. Həyat yoldaşım Quba rayonunun Gəray kəndindən olduğu üçün orada dəfn edilib. Mən həyat yoldaşımın məzarının abadlaşdırılmasına kömək göstərilməsi üçün Sizə müraciət etmişdim. Qısa müddət ərzində bu istəyim yerinə yetirildi.

Cənab Prezident, şəhidlərə və onların ailə üzvlərinə göstərilən diqqətə və qayğıya görə Sizə və hamımızın sevimlisi Mehriban xanım Əliyevaya şəxsən öz adımdan və şəhid ailələrinin üzvləri adından dərin minnətdarlığımı bildirirəm. Ömrünüz uzun olsun.

Hörmətlə,

Kərimova Durna Alxas qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.