14 iyun 2019, 15:55

İzzət Neymətov və başqalarından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün vəsait ayrılması barədə sərəncamınız Pensər kəndinin bütün camaatını sevindirmişdir. Bu çay bizim kəndimiz üçün böyük əhəmiyyətə malikdir. Ona görə də çayın öz məcrası ilə daimi axını bizim üçün vacibdir.

Əziz Prezidentimiz, çətinliklə üzləşən insanlara vaxtında kömək etdiyiniz üçün Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, cansağlığı, uzun ömür və doğma Azərbaycanımızın inkişafında yeni-yeni uğurlar arzulayırıq. İndiyə qədər olduğu kimi, bundan sonra da Sizin ətrafınızda sıx birləşəcəyik.

Hörmətlə,

Neymətov İzzət Məmmədsəfa oğlu,

Əhmədov Elçin Əhməd oğlu,

Zahidov Malik Əhməd oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.