14 iyun 2019, 15:50

Rzağa Quliyevdən, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident.

Məktəbəqədər və orta təhsil müəssisələrinin təmiri və tikintisi hər zaman Sizin diqqət mərkəzinizdə olmuşdur. Bunun sayəsində şagirdlər indi daha yaxşı şəraitə malik, hər bir avadanlıqla təchiz olunmuş təhsil müəssisələrində təlim-tərbiyə alırlar. Yaradılan bu şərait əlbəttə ki, həm pedaqoji kollektivləri, şagirdləri, həm də valideynləri razı salır. Bizim Zərdab rayonunun Hüseynxanlı kəndində də bu istiqamətdə mühüm işlər görülmüşdür.

Cənab Prezident, kəndimizdə modul tipli yeni məktəb binasının tikintisi və körpələr evi-uşaq bağçasının əsaslı təmir olunması ilə əlaqədar kənd sakinləri adından Sizə təşəkkür edirəm. Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün gördüyünüz işlər yaddaşlarda əbədi yaşayacaqdır.

Allah Sizə hər zaman xoş günlər qismət eləsin!

Hörmətlə,

Quliyev Rzağa Nəriman oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu, Hüseynxanlı kəndi.