13 iyun 2019, 18:30

Mehralı Cəfərovdan, Naxçıvan, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Oğlum Rauf Cəfərovu yüksək dövlət mükafatı – “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə bir valideyn olaraq ailəmiz adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Sizin Vətənimiz üçün gördüyünüz işlər barədə çox yazmaq, çox danışmaq olar. Sizin sayənizdə Azərbaycan gülüstana çevrilib. problemli, məşəqqətli günlərimiz geridə qalıb, xalqa xoş güzəran bəxş olunub. İndi əvvəlki kimi elektrik enerjisi, məişət qazı sarıdan əziyyət çəkmirik. İnsanların normal yaşayışı üçün nə lazımdırsa, hamısını edirsiniz.

Cənab Prezident, bir daha Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Cəfərov Mehralı Cəfər oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi.