12 iyun 2019, 13:10

Səadət Məmmədovadan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində atdığınız addımlar hər bir aztəminatlı ailənin yaşayışına müsbət təsir göstərir. Bu tədbirlərdən yararlanan ailələrdən biri də bizik.

Hərbi qulluqçu ailəsi kimi ailə başçısını itirməyə görə aldığım pensiyanın məbləğinin mart ayından artırılması maddi vəziyyətimizi xeyli yaxşılaşdırdı. Buna görə Sizə minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədova Səadət.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Məmişlər kəndi.