10 iyun 2019, 16:40

Fatma Nəbiyeva və başqalarından, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bu inkişaf sosial sahədə də öz əksini tapır. Sosial müavinətlərin, təqaüd və pensiyaların məbləğinin artırılması bunun bariz nümunələridir.

Əziz Prezidentimiz, biz yaşa görə sosial müavinət alırıq. Sosial müavinətimizin məbləğini artırdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizin siyasətinizi hər zaman bəyənir və Sizi dəstəkləyirik.

Hörmətlə,

Nəbiyeva Fatma Qəhrəman qızı

Xamıyeva Elsevər Ağakişi qızı.

Azərbaycan Respublikası, Göygöl rayonu, Qarabulaq kəndi.