24 may 2019, 17:15

Həqiqət Hüseynovadan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən ahıl insanam, tənha yaşayıram. Dövlətimiz tərəfindən sosial xidmətlə təmin olunmağım mənə bu tənhalığı unutdurur, özümü nikbin ruhda hiss edirəm.

Sizin irəli sürdüyünüz təşəbbüslər, həyata keçirdiyiniz islahatlar sayəsində biz ahıl insanlara böyük diqqət və qayğı ilə yanaşılır. Dövlətimizin inkişafı üçün atdığınız hər bir addımınızı alqışlayıram. Çox sevinirəm ki, ölkəmizin xalqını düşünən Sizin kimi humanist, qayğıkeş Prezidenti və Mehriban xanım kimi Birinci vitse-prezidenti var.

Cənab Prezident, mən Sizinlə fəxr edirəm. Bütün bu qayğı və diqqətə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Allah daim Sizi qorusun.

Hörmətlə,

Hüseynova Həqiqət Adil qızı.

Azərbaycan Respublikası, Göygöl rayonu, Zurnabad kəndi.