24 may 2019, 13:00

Mətanət Rzayeva və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Qədim Gəncəmizdə son illərdə aparılan quruculuq və abadlıq işləri şəhərin hər bir sakininin ürəyini fəxrlə döyündürür.

Qədim simasını saxlamaqla müasir fikirlərlə yeniləşən Gəncəmizdə aparılan infrastruktur dəyişikliklərinə görə hər bir gəncəlinin adından Sizə öz minnətdarlığımızı bildiririk.

Sizin gərgin əməyiniz nəticəsində doğma Azərbaycanımız gündən-günə çiçəklənir. Bu günlərdə Gəncəçay çayı üzərində olan körpülərin bərpası ilə bağlı verdiyiniz Sərəncam Gəncənin daha da inkişafına və gözəlləşməsinə xidmət edəcək.

Hörmətlə,

Rzayeva Mətanət,

İsmixanova Günel,

Sadıqov Əkbər,

Əmrahova Aidə,

Atayev Rəmail və başqaları (cəmi 25 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.