24 may 2019, 12:50

Haqverdi Əliyevdən, Sabirabad, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən Sabirabad rayonunun Narlıq kəndində yaşayıram. Qardaşım Əliyev Qoşqar Güləhməd oğlu 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Sizin Qarabağ müharibəsi şəhidlərinin xatirələrinə yüksək ehtiramınızın, onlarin ailə üzvlərinə diqqətinizin nəticəsində bizə ayrılmış 11 min manat məbləğində birdəfəlik ödəməni almışıq. Ölçüyə gəlməyən bu diqqətin mənəvi tərəfi də bizim üçün çox önəmlidir.

Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Haqverdi Güləhməd oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Narlıq kəndi.