24 may 2019, 12:35

Tahir Əliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən və ailə üzvlərim ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycanın get-gedə daha da inkişaf etməsindən bu ölkənin vətəndaşları olaraq məmnunluq duyuruq. Niyə də duymayaq axı?!

Doğma torpaqlarımızdan didərgin düşüb çətin vəziyyətdə yaşadığımız dövrlərdə Ulu Öndərimiz biz məcburi köçkünlərə sahib çıxıb, hər zaman diqqətdə saxlayıb. Bu münasibəti indi də biz Sizdən görürük. Məcburi köçkün ailəsi kimi Sumqayıt şəhərində salınmış yaşayış kompleksində ötən ilin sonundan mənzillə təmin olunmuşuq.

Möhtərəm Prezident, müstəqil Azərbaycan Respublikasına qarşı çıxanları biz sadə vətəndaşlar başa düşə bilmirik. Xüsusilə də, öz daxilimizdə olan bədnam qüvvələri. Ancaq, bir şeyi dəqiq bilirik ki, onlar ictimai maraqları deyil, öz şəxsi maraqlarını daha üstün tuturlar və bu maraqlar naminə də insanları təxribata cəlb etməyə çalışırlar. Biz onlara “Ar olsun deyirik!” deyirik. Onların bu ölkədə yaşamağa, bu torpaq üzərində gəzməyə belə haqqı yoxdur.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Sizə, cənab Prezident.

Hörmətlə,

Əliyev Tahir Şirin oğlu,

Qubadlı rayonunun Mahmudlu kəndindən məcburi köçkün

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.