23 may 2019, 16:40

Qaraağaclı qəsəbə ağsaqqallarından, Samux, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolunun əsaslı təmirinə və yol üzərində müasir körpünün salınmasına, həmçinin rayonumuzda yeni müəssisələrin istifadəyə verilməsinə və insanların işlə təmin olunmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Qeyd etdiyimiz bu məsələlər qəsəbəmizin sosial-iqtisadi inkişafına əvəzsiz töhfələrdir. Son vaxtlar istifadəyə verilən müəssisərlədən biri də bizim qəsəbəmizə qismət olub. Kənd təsərrüfatı sahəsi üzrə xidmət göstərən “Aqro dairy” MMC-də yüzlərlə iş yeri yaradılıb.

Cənab Prezident, bütün bunlara görə bir daha Sizə təşəkkür edirik. Allah Sizə və ailənizə daim kömək olsun.

Hörmətlə,

Bir qrup Qaraağaclı qəsəbə ağsaqqal.

Azərbaycan Respublikası, Samux rayonu, Qaraağaclı qəsəbəsi.