23 may 2019, 14:00

Orxan İsmayılovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bir gənc olaraq hər zaman Sizin imzaladığınız sərəncam və fərmanlarla tanış oluram. Bu fərmanlardan biri də 2019-cu il 28 fevral tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmandır ki, ölkə ictimaiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Hər bir vətəndaş aldığı kompensasiyaya görə Sizə dərin minnətdarlığını və sevgisini bildirir. Mən bir bank işçisi olaraq bu fərmanın icrasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm.

Uca Tanrı Sizə tükənməz güc-qüvvət və möhkəm cansağlığı nəsib etsin.

Hörmətlə,

İsmayılov Orxan Rüfət oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.