23 may 2019, 13:30

Səadət Mehralıyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Şəhid ailələrinə göstərilən qayğıya, verilən təqaüdə və imtiyazlara, mənzil-məişət şəraitimizin yaxşılaşdırılması sahəsində görülən işlərə görə Sizə təşəkkür edirəm.

Həmçinin, qeyd etməyi özümə borc bilirəm ki, qarşılaşdığımız çətinliklərin aradan qaldırılmasında bizə lazımi kömək göstərilir. Sizin həyata keçirdiyiniz məqsədyönlü işlər sayəsində Azərbaycanın öz sürətli inkişafını davam etdirəcəyinə, insanların rifah halının daha da yaxşılaşacağına inanır və bu yolda hər zaman Sizi dəstəkləyirik.

Əziz Prezidentimiz, Vətənimiz üçün gördüyünüz işlərə və şəhidlərin ruhunu uca tutduğunuza görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Allah hər zaman köməyiniz olsun.

Hörmətlə,

Mehralıyeva Səadət Rəsul qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Nizami rayonu.