23 may 2019, 11:55

Qoçi Bayramovdan, İmişli, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Müstəqil Azərbaycan Respublikasının və xalqımızın həyatında mühüm siyasi və tarixi hadisələrin ərəfəsindəyik. 28 may - Respublika günü və 15 iyun - Qurtuluş günü yaxınlaşır. 1990-cı illərin əvvəllərində xaotik, qaragüruhçu, radikal AXCP-Müsavat cütlüyünün Azərbaycanı məhvə, parçalanmaya, qardaş qırğınına çatdırdığı dövrün canlı şahidləriyik. Ümummilli liderimiz Heydər Əliyevin xalqın istəyini və təkidli tələbini nəzərə alıb ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə məğrur və tarixi qayıdışı bizi yenidən ümidləndirdi və uğurlarımızın təməli oldu.

Möhtərəm cənab Prezident, Siz Ulu Öndərin siyasətini uğurla, qətiyyətlə davam etdirirsiniz. Müasir Azərbaycan yenilənir, gözəlləşir, güclənir. Azərbaycan əhalisinin sosial problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlarınız insanların sevincinə səbəb olur. Qarabağ müharibəsi veteranlarına 2019-cu il aprelin 1-dən verdiyiniz Prezident təqaüdü bizim üçün qiymətli təltif olmaqla bərabər, həm də ölkəmizin iqtisadi qüdrətinin yüksəlişidir. Təbii qazdan istifadəyə görə tətbiq edilən limitin artırılması, magistral, şəhər, rayon və kənd yollarının yenidən qurulması iqtisadi inkişafımızın bir hissəsidir. Azərbaycan əhalisinin problemli kreditlərinin Sizin tərəfinizdən həll edilməsi mənim də həyatıma müsbət təsir etmiş, ailəmizin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.

Öz adımdan və ailəm adından Sizə dərin təşəkkür edirəm. Ulu Yaradan Sizi, ailənizi və Azərbaycanımızı hifz etsin.

Hörmətlə,

Bayramov Qoçi Qəni oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, İmişli rayonu.