21 may 2019, 17:05

Əli Hacıyev və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncə şəhərində Gəncəçay çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan beş körpünün bərpası məqsədilə vəsait ayrılması barədə Sərəncamınız bizi hədsiz dərəcədə sevindirmişdir. Yerli sakinlərin intensiv istifadə etdiyi bu körpülər şəhər infrastrukturu üçün çox əhəmiyyətlidir. Eyni zamanda, bildirmək istəyirik ki, son vaxtlar şəhərimizin küçələrində də yenidənqurma işləri həyata keçirilir. Ümumilikdə, Gəncə yenilənir, göz oxşayır.

Cənab Prezident, biz bu işləri qədim Gəncəyə və burada yaşayan əhaliyə dövlət rəhbərimizin böyük diqqət və qayğısı kimi qiymətləndiririk. Sizə dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Hacıyev Əli Nəriman oğlu,

Qasımov Ramil Famil oğlu,

Əsgərova Gülxar Kamran qızı,

Əliyeva İlhamə Rza qızı,

Hüseynova Tənzilə Əbülfəz qızı və başqaları – cəmi 29 nəfər.

Azərbaycan Respublikası, Gəncə şəhəri.