22 may 2019, 17:25

Məmməd İbrahimovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Atam - xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2019-cu il 18 may tarixli Sərəncamınız Hüseyn İbrahimovun ədəbi fikrin inkişafındakı xidmətlərinə Azərbaycan dövləti tərəfindən verilən böyük qiymətdir.

Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığına, onun ədəbi irsinə verdiyiniz bu yüksək qiymət üçün Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Çox sağ olun. Allah Sizi qorusun. Allah Sizə cansağlığı və uzun ömür versin.

Hörmətlə,

Əməkdar memar

İbrahimov Məmməd.

Azərbaycan Respublikası, Bakı şəhəri.