22 may 2019, 16:05

Vurğun Mirzəyev və İltifat Əbilovdan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanınız ölkə vətəndaşları tərəfindən böyük sevinclə qarşılandı. Belə bir Fərmanın verilməsi hər kəs kimi, bizi də çox sevindirdi.

Fərman çox yüksək səviyyədə icra olunur. Bizə düşən kompensasiyanı rahat şəkildə aldıq.

Bu Fərman bir daha sübut etdi ki, Azərbaycan dövləti hər bir zaman öz vətəndaşının qayğısına qalır və onu düşünür. Vətəndaşları düşünərək onlara dəstək göstərdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Biz vətəndaşlar Sizin qayğınızı hər zaman hiss edirik.

Sizə özümüzün və ailəmizin adından bir daha minnətdarlığımızı bildirir, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Mirzəyev Vurğun,

Əbilov İltifat

Azərbaycan Respublikası, Şirvan şəhəri.