21 may 2019, 16:25

Sayat Muradovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin və birinci xanım Mehriban Əliyevanın məcburi köçkünlərə hərtərəfli qayğı göstərməyiniz biz məcburi köçkünləri çox sevindirir. Bu yaxınlarda Bakının Kürdəxanı qəsəbəsində yeni yaşayış kompleksinin açılışını etməklə 810 məcburi köçkün ailəsini sevindirmisiniz. Həmin sevincdən bizim ailəyə də qismət oldu və mənzillə təmin edildik.

Cənab Prezident, bütün bunlara görə Sizə və Mehriban xanıma ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Muradov Sayat Rəsul oğlu

Şuşa rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi.