21 may 2019, 13:00

Rəna Hüseynlidən, Şəmkir, Azərbaycan

Əziz Prezidentimiz.

Devalvasiya nəticəsində dolların bahalaşmasından sonra götürdüyüm krediti ödəyərkən çətinlik çəksəm də, bir gün Sizin bu məsələni ədalətli şəkildə həll edəcəyinizə inanırdım. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınızdan sevinc payını alan minlərlə Azərbaycan vətəndaşından biri də mənəm. Bu Fərmanı imzaladığınızı eşidəndə çox sevindim. Nəhayət, bir həftə öncə bankdan kompensasiyamı aldım.

Hər zaman öz xalqının, vətəndaşının yanında olan cənab Prezidentim, mənə bu sevinci yaşatdığınız üçün çox sağ olun!

Hörmətlə,

Hüseynli Rəna Fərrux qızı.

Azərbaycan Respublikası, Şəmkir rayonu.