Əbülfət Salahovdan, Şəki, Azərbaycan
Text size
15 may 2019, 19:00
Hörmətli cənab Prezident.
Teatr sənətinin inkişafı, sənət adamlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində atdığınız addımlar mədəniyyətimizin inkişafına xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldüyümə görə Sizə dərin təşəkkürümü bildirirəm. Fəaliyyətimə verilən yüksək qiymət məni tamaşaçı zövqünü oxşayan yeni səhnə əsərləri yaratmağa daha da ruhlandırır.
Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram, cənab Prezident!
Hörmətlə,
Salahov Əbülfət Yusif oğlu, Şəki Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist.
Azərbaycan Respublikası, Şəki şəhəri.