Təvəkkül Qubadov və başqalarından, Kürdəmir, Azərbaycan
15 may 2019, 15:30
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçir, həyatımızın bütün sahələrində ciddi, əhəmiyyətli dəyişikliklər baş verir. Ölkəmizin siması dəyişir, insanların rifahı gündən-günə yaxşılaşır. Azərbaycan dünyada qüdrətli dövləti kimi tanınır. Azərbaycan vətəndaşları əldə olunan nailiyyətləri, uğurları yüksək dəyərləndirərək Sizin həyata keçirdiyiniz siyasəti tam dəstəkləyirlər.
Bu gün Azərbaycan yüksək rifaha, təhlükəsizliyə, sabitliyə nail olan respublikalardan birinə çevrilib. Həyata keçirdiyiniz siyasətin əsas məqsədi, başlıca niyyəti insanların rifah halının yaxşılaşdırılması, onlara qayğının daha da artırılmasıdır. Həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastrukturun yaxşılaşdırılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Yol infrastrukturunun yenilənməsi ilə bağlı imzaladığınız sərəncamlarla Azərbaycanın bütün guşələrində yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, yeni yol ötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Yolların yenidən qurulması ilə regionların iqtisadi potensialı da yüksəlir.
Sizin yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğunuz vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Hazırda rayonun 4 müxtəlif ərazisində yollar inşa olunmaqdadır. Çox sevindirici haldır ki, 5 mindən çox sakinin yaşadığı ərazini əhatə edən Dəyirmanlı-Yenikənd avtomobil yolunun inşası artıq yekunlaşmaq üzrədir. Bu yolun inşasının tamamlanmasından sonra əhalinin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq və kənd təsərrüfatı məhsullarının mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxacaqdır.
Kürdəmir rayonunun bütün əhalisi kimi, biz - Yenikənd, Dəyirmanlı, Mürtülü, Təklə kəndlərinin sakinləri də Sizə minnətdarıq və ürəkdən təşəkkür edirik. Sizə Ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı, firavan gələcəyi, əmin-amanlığı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Qubadov Təvəkkül Bayram oğlu
Kazımov Kazım Yaqub oğlu
Yahyayev Əlövsət Süleyman oğlu
Nemətov Zindun Firidun oğlu
Mustafayev İlham Ağa oğlu
Vəliyev Mübariz Lətif oğlu.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.