Anar Sadıqov və başqalarından, Bakı, Azərbaycan
15 may 2019, 16:05
Möhtərəm cənab Prezident.
Fəaliyyətimizi yüksək qiymətləndirərək bizi Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Teatr və musiqiyə, incəsənət xadimlərinə göstərdiyiniz diqqət və qayğı bizləri yeni nailiyyətlərə ruhlandırır.
Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin inkişafı üçün gördüyünüz böyük işlərdə uğurlar arzulayırıq.
Hörmətlə,
Sadıqov Anar Babalı oğlu, rejissor
Heybətov Anar Mithət oğlu, Əməkdar artist
Quliyeva Şəlalə Sahvələd qızı, Əməkdar artist
Həsənquliyev Kazım Feyruz oğlu, Əməkdar artist
Qarayev Elnar Cəfər oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.