Rzaxan Xasıyev və başqalarından, Qobustan, Azərbaycan
15 may 2019, 16:25
Möhtərəm cənab Prezident.
Ölkəmizin sosial-iqtisadi inkişafına yönəlmiş siyasətinizin daha bir nümunəsi olan Qobustan rayonunun Sündü kəndində yeni məktəb binasının tikilməsi haqqında Sərəncamınız bizi hədsiz sevindirdi. Bu Sərəncam qədim tarixə, zəngin mədəni dəyərlərə malik Sündü kəndinə və onun əhalisinə böyük hədiyyədir. Göstərdiyiniz bu diqqət və qayğıya görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
İnanırıq ki, bu məktəbdə Vətənimizə, xalqımıza və dövlətimizə sadiq gənclər yetişəcəkdir. Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. Allah Sizi qorusun.
Hörmətlə,
Xasıyev Rzaxan
Canquliyeva Vəfa
Məlikov Ziya
Balaqardaşov Fədai.
Azərbaycan Respublikası, Qobustan rayonu, Sündü kəndi.