15 may 2019, 12:00

Akif İslamzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Çox gərgin iş prosesində çalışmağınıza baxmayaraq incəsənət xadimlərinə, onların problemlərinə vaxt ayırır, onlara qayğı və diqqət göstərirsiniz.

Mənim yaradıcılığıma verdiyiniz qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Görəcəyiniz dəyərli işlərdə uğurlar arzu edirəm. Allah Sizi qorusun!

Hörmətlə,

İslamzadə Akif

Xalq artisti

Azərbaycan Respublikası, Bakı şəhəri.