Bəxtiyar Axundov və başqalarından, Bakı, Azərbaycan
14 may 2019, 20:00
Möhtərəm cənab Prezident.
Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində atdığınız addımlar hər bir vətəndaşımızın ürəyindən xəbər verir. Siz mədəniyyət və incəsənət xadimlərinin böyük dostusunuz.
Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətin davamı olaraq bizim əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikası Prezidentinin mükafatı bizim daha əzmlə çalışmağımıza zəmin yaradacaq. Bir daha Sizə təşəkkür edir, uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Axundov Bəxtiyar, Əməkdar artist
İbrahimova Səbinə, Əməkdar artist
Butenko İqor.
Azərbaycan Respublikası, Bakı şəhəri.