Gülarə Həmidovadan, Şəki, Azərbaycan
14 may 2019, 18:30
Hörmətli cənab Prezident.
Gündən-günə çiçəklənən Azərbaycanın hər bir vətəndaşı çətin anda dövlətimizin başçısının onun qayğısına qalacağına inanır.
Sizin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız mənim kimi yüz minlərlə insanı çox sevindirdi. Fərmanın icrası da banklar tərəfindən yüksək və operativ şəkildə yerinə yetirilir. Mən kreditimlə bağlı dəyən ziyana görə hesablanan kompensasiyanı tez və rahat şəkildə ala bildim.
Cənab Prezident, sadə bir vətəndaş olaraq bu Fərmanınıza görə Sizə minnətdaram. Buna görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm. Sizə və ailə üzvlərinizə xoş günlər, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Həmidova Gülarə Şaban qızı.
Azərbaycan Respublikası, Şəki şəhəri.