14 may 2019, 17:30

Firəngiz Mütəllimovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz müqəddəs Ramazan ayında, ulu öndərimiz Heydər Əliyevin doğum günündə məni ürəkdən sevindirdiniz. Altmış illik yubileyimdə 40 illik səhnə fəaliyyətimə yüksək qiymət verərək məni Prezident təqaüdünə layiq gördünüz.

Cənab Prezident, bu diqqət və qayğınıza görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümüzü bildirirəm. Var olun, Sizinlə fəxr edirəm! Allah Sizi Azərbaycan xalqına çox görməsin. Allah Sizi və ailənizi qorusun. Dualarım həmişə Sizinlədir.

Dərin hörmətlə,

Mütəllimova Firəngiz, Xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.