23 aprel 2019, 11:55

Malik Quliyevdən, Ağdam, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Siz cəbhə bölgəsində yaşayan insanları heç vaxt diqqətdən kənarda qoymursunuz. Elə ona görə də bizim Ağdam rayonunun cəbhəyanı kəndlərinin əhalisində çox yüksək əhval-ruhiyyə var. Xalq Sizin diqqətinizdən və qayğınızdan mənəvi güc alır.

Bizim evimiz vaxtilə düşmən atəşi nəticəsində ciddi zərər çəkmişdi. Sizin sərəncamınız əsasında həmin ev bərpa olunaraq ailəmizə verildi, problemimiz öz həllini tapdı.

Möhtərəm Prezident, buna görə Sizə şəxsən öz adımdan və ailəmiz adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Quliyev Malik Rəsul oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Mirəşelli kəndi.