23 aprel 2019, 11:40

Rəhman Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə bütün gənclər adından Sizə minnətdarlığımı bildirirəm.

Paytaxtımızda və ölkəmizin müxtəlif regionlarında mövcud problemlərin həlli istiqamətində imzaladığınız fərman və sərəncamlar, verdiyiniz göstərişlər öz müsbət nəticələrini göstərməkdədir. Sizin gördüyünüz işlərin hamısı göz önündədir. Bütün bunlar əlbəttə ki, bizi sevindirir.

Əvvəllər ulu öndərimiz Heydər Əliyevin, indi isə Sizin yürütdüyünüz məqsədyönlü siyasət nəticəsində ölkəmiz davamlı inkişafa və böyük tərəqqiyə nail olub. Buna görə gənclər adından bir daha Sizə dərin minnətdarlığımı çatdırıram.

Hörmətlə,

Hüseynov Rəhman Aydın oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.