22 aprel 2019, 12:05

Rövşən Əlizadədən, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb, müstəqilliyimiz möhkəmləndirib, Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı kimi Sizin rəhbərliyinizlə qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün biz gənclər yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik. Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir.

Hörmətli cənab Prezident, mən bir gənc kimi Azərbaycan gəncliyinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə minnətdaram. Gənclərə olan dəstəyinizi hər bir sahədə hiss edir və Sizin siyasətinizi dəstəkləyirik.

Hörmətlə,

Əlizadə Rövşən Asəf oğlu

Azərbaycan Respublikası, Goranboy rayonu, Xoylu kəndi.