22 aprel 2019, 16:00

Mübariz Qurbanov və başqalarından, Qusar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Cari ilin əvvəlində imzaladığınız tarixi fərman və sərəncamlarınız Azərbaycan vətəndaşlarının rifah halının daha da yüksəlməsinə səbəb olubdur. İşsizliyin minimuma endirilməsi istiqamətində görülən tədbirlər də alqışalayiqdir.

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan, məqsədyönlü işlərdən bizim Qusar rayonunun Cibir kəndi də öz nəsibini almaqdadır. Ötən il kəndimizin qazlaşdırılmasına, bu il isə yeni avtomobil yolunun tikintisi ilə bağlı sərəncamlarınıza çox sevindik.

Cənab Prezident, çox sağ olun ki, Cibir kəndinə gələn yolun tikintisinə diqqət ayırmısınız və bununla bağlı Sərəncam imzalamısınız. Gördüyünüz xeyirxah və təqdirəlayiq işlərə görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Qurbanov Mübariz Bəhram oğlu

Məcidov Dair Məcid oğlu

Əlibəyov Emin Əlibəy oğlu

İsrafilova Əminə Mirzəbəy qızı və başqaları (Cəmi : 15 nəfər).

Azərbaycan Respublikası, Qusar rayonu, Cibir kəndi.