22 aprel 2019, 14:00

Mircavad Eynullayevdən, Astara, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Əhalinin rifah halının yaxşılaşdırılması üçün son aylarda verdiyiniz fərman və sərəncamlar hamı kimi, Astara rayonunun Burzubənd kəndinin sakinlərini də hədsiz sevindirir.

Rayonumuzun ucqar dağ kəndləri olan Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı barədə aprelin 12-də imzaladığınız Sərəncamınızı da çox yüksək qiymətləndiririk. Bu, adları çəkilən kəndlərin sakinlərinin firavanlığına mühüm bir töhfədir.

Möhtərəm cənab Prezident, ölkə əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, firavan ömür arzu edirəm.

Hörmətlə,

Eynullayev Mircavad Qədağa oğlu.

Azərbaycan Respublikası, Astara rayonu, Burzubənd kəndi.