22 aprel 2019, 11:30

Minayə Qasımova və başqalarından, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkə vətəndaşlarının problemlərinə həssaslıqla yanaşmağınız, onların həlli ilə əlaqədar ardıcıl tədbirlər görməyiniz, insanların qayğısına qalmağınız Sizə ümumxalq məhəbbəti qazandırmışdır.

Əhalinin sosial təminatının yaxşılaşdırılması üçün son aylar ərzində imzaladığınız fərman və sərəncamlar, işsizlik probleminin həlli ilə əlaqədar atılan məqsədyönlü addımlar da bunun davamıdır. Bu baxımdan yeni yaradılan “DOST İş Mərkəzi”ni xüsusi qeyd etmək istəyirik. Çünki, bu mərkəz vasitəsilə biz özümüz də işlə təmin edilmişik. Buna görə də, Sizə dərin təşəkkürümüzü bildiririk, cənab Prezident.

Hörmətlə,

Qasımova Minayə Nifti qızı,

Hüseynova Nailə İspəndiyar qızı,

Əzizov Habil Qasım oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.