20 aprel 2019, 16:45

Zita Xəlilovadan, Qax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişafı ilə əlaqədar imzaladığınız Sərəncam Qax rayonundakı Gürcü Dövlət Dram Teatrının kollektivinin sevincinə səbəb oldu. Bu qayğı bizi daha yaxşı işləməyə, yeni yaradıcılıq uğurları qazanmağa ruhlandırır. İstər ölkəmizdə, istərsə də ölkə xaricində Azərbaycanın mədəniyyətini bundan sonra da layiqincə təmsil etməyə çalışacağıq.

Cənab Prezident, göstərdiyiniz bu böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Xəlilova Zita Seyfəddinovna

Emraşvili Robizon Vladimiroviç

Çaçaşvili Besaryon Vasilyeviç.

Azərbaycan Respublikası, Qax rayonu.