20 aprel 2019, 15:30

Xankişi Kişiyev və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Pezident.

Biz Lerik rayonunun Orand kəndinin ziyalıları adından Sizi salamlayırıq. Doğma Azərbaycanımızın özünəməxsus gözəlliyi və rəngarəngliyi ilə fərqlənən bölgələrindən biri də Lerik rayonudur. Biz Vətənə məhəbbət və sədaqət ruhunda böyümüşük. İstər Azərbaycan hüdudlarında, istərsə də ölkəmizdən kənarda müqəddəs Vətənimizin adını həmişə layiqli şəkildə təmsil etməyə çalışmışıq.

Kəndimizə yeni asfalt yolun çəkilməsi hamımızı çox sevindirir. Əlbəttə, bu, cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lerik rayonuna diqqət və qayğısının nəticəsidir. Bu yolun çəkilişi kəndimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq və hər birimizin qəlbinə əbədi həkk olunacaqdır.

Əziz Prezidentimiz, yolunuz hər zaman hamar, səfərləriniz uğurlu olsun.

Hörmətlə,

Kişiyev Xankişi, Əməkdar mühəndis

Rəşidov Şərəf, həkim

AlmaslıSabir, mühəndis.

Azərbaycan Respublikası, Lerik rayonu, Orand kəndi.