20 aprel 2019, 13:10

Mübariz Abdullayevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Aprel döyüşləri zamanı bizim evimizə ciddi ziyan dəymişdi. Evimizin yaşayış üçün yararsız hala düşməsindən məyus olsaq da, həmin ərəfədə Sizin cəbhə bölgəsinə səfər etməyiniz, insanlarla görüşüb onların mövcud vəziyyəti ilə yerində tanış olmağınız bizi ruhlandırmışdı. İmzaladığınız müvafiq sərəncamlar və verdiyiniz tapşırıqlar əsasında o vaxtdan bəri neçə-neçə ev bərpa edilmiş, insanların üzləşdiyi çətinliklər aradan qaldırılmışdır.

Cənab Prezident, elə bu cəsarətli addımlarınızın, qayğıkeş münasibətinizin nəticədir ki, bu gün cəbhə bölgəsində insanlar heç nədən çəkinməyərək yaşayıb-yaradırlar.

Evimin bərpa olunmasına və cəbhə bölgəsində yaşayan insanlara göstərdiyiniz diqqətə görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Biz inanırıq ki, işğal altında olan torpaqlarımız da tezliklə azad ediləcək, Sizin rəhbərliyiniz altında Qarabağda abadlıq-quruculuq işləri görüləcək və bu tarixi bölgəmiz yenidən cənnət-məkana çevriləcəkdir.

Ali Baş Komandanı cəsarətli və müdrik olan ordu və xalq çox şeyə qadirdir!

Hörmətlə,

Abdullayev Mübariz Nəsib oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.