19 aprel 2019, 18:05

Toğrul Abbasovdan, Qazimağusa, Şimali Kipr

Hörmətli cənab Prezident.

Aprelin 18-də Sizin hər bir kəlməsinə sadiq qaldığınız andiçmə mətnini səsləndirməyinizdən bir il ötdü. Bu ötən bir il Vətənimizin inkişafı, beynəlxalq miqyasda mövqeyinin daha da möhkəmlənməsi və ölkəmizin inkişafına hesablanan islahatlarla yadda qaldı.

Sizin 2018-ci il 6 iyul tarixli Fərmanınıza əsasən yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu diasporumuzun mühərriki rolunu oynamaqdadır. Biz Şimali Kiprdə yaşayan gənclər Azərbaycan Diaspor Gəncləri Təşkilatının tərkibində beynəlxalq informasiya məkanına çıxış imkanı qazanaraq, ölkəmizlə bağlı həqiqətlərin daha səmərəli və intensiv təbliğində fəal iştirak edirik. Ölkəmizdə yaratdığınız sabitliyə, sülh və əmin-amanlığa görə gənc diaspor fəalı kimi Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirir, sağlam və xoşbəxt ömür arzu edirəm.

Hörmətlə,

Abbasov Toğrul Ələsgər oğlu, Azərbaycan Diaspor Gəncləri Təşkilatının Şimali Kipr Türk Respublikası üzrə koordinatoru.

Şimali Kipr Türk Respublikası, Qazimağusa şəhəri.