19 aprel 2019, 12:55

Minayət Nəbiyevadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib. Vətəndaşlarımızın problemləri həll olunur, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Ölkəmizin ən ucqar kəndlərinə belə təbii qaz və yeni elektrik xətləri çəkilir, insanlar dayanıqlı və fasiləsiz kommunal xidmətlərlə təmin olunur.

Bizim yaşadığımız Yevlax rayonunun Balçılı kəndində köhnəlmiş işiq dirəkləri və xətləri insanlara problem yaradırdı. Sizin tapşırığınıza uyğun olaraq, bu sahədə yenilənmə işləri aparılıb. Kəndimizin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi hamımızı sevindirir.

Möhtərəm Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Var olun, Allah Sizi qorusun!

Hörmətlə,

Nəbiyeva Minayət

Şəhid anası

Azərbaycan Respublikası, Yevlax rayonu, Balçılı kəndi.