19 aprel 2019, 12:00

Fərmayıl Paşayevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan teatrlarının, o cümlədən Gəncə Dövlət Kukla Teatrının dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün göstərdiyiniz diqqət və qayğıya görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Sizin və Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyəti və incəsənəti üçün gördüyü misilsiz işlər bizə yeni yaradıcılıq ruhu bəxş edir. Hər ikinizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Paşayev Fərmayıl

Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist

Azərbaycan Respublikası, Gəncə şəhəri.