18 aprel 2019, 18:35

Əsədulla Butayev və başqalarından, Qusar, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz, müdrikliklə həyata keçirilən islahatlar dövlətimizi dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqeyini daha da möhkəmləndirib. Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan regionda ən inkişaf etmiş ölkəyə çevrilib.

Xalqımız yaxşı bilir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. İmzaladığınız sərəncam və fərmanlar insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi barədə verdiyiniz Sərəncam kəndimizin sakinlərini çox sevindirdi. Uzun illər xəyal etdiyimiz arzular Sizin sayənizdə gerçəkləşir. Rahatlığımızı düşünərək bu qayğını bizə göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Müasir müstəqil Azərbaycanın uğurlarının təməlini qoyan ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanı işıqlı gələcəyə apardığınız bu şərəfli yolda Sizə yeni-yeni uğurlar, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Butayev Əsədulla Butay oğlu

Carullayev Ayib Nəsrulla oğlu

Alxasov Alxas Gülbala oğlu

Əliyev Güləli Əli oğlu

Vəlimətov İbrahim Ələddin oğlu

Alxasov Zülfüqar Alxas oğlu.

Azərbaycan Respublikası, Qusar rayonu, Böyük Muruq kəndi.