18 aprel 2019, 15:05

Emil Mirzəliyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Xocalıdan məcburi köçkünəm və şəhid ailəsinin üzvüyəm. Son illər müstəqil Azərbaycanın qazandığı uğurlar hər bir azərbaycanlı kimi məni də sevindirir. Biz ailəlikcə öz dövlətimizlə fəxr edirik. Uzun müddətdir ki, doğma yurd-yuvamızdan ayrı düşsək də inamımızı itirmir, Xocalıya qayıtmaq arzusu və ümidi ilə yaşayırıq.

Hazırda Ağdamın Mahrızlı kəndində məskunlaşmışıq. Düşmənin ağır artilleriya atəşi nəticəsində yaşadığımız bina qəzalı vəziyyətə düşmüşdü. Sizin 2018-ci il 5 noyabr tarixli Sərəncamınıza əsasən, ayrılmış vəsait hesabına Ağdamda qəzalı vəziyyətdə olan evlər bərpa olunur və yeni evlər tikilir.

Cənab Prezident, Sizə sonsuz təşəkkürümüzü bildiririk. Sizin siyasətiniz nəticəsində Azərbaycan bütün dünyada tanınır. Azərbaycanın peykləri göylərdə uçur. Bu xoşbəxtliyin təməlini qoyan, bu xalqın adını, soyunu dünyada, imzasını imzalar içində tanıdan ulu öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik.

Möhtərəm Prezident, Sizə və Mehriban xanıma cansağlığı arzulayırıq.

Hörmət və ehtiramla,

Mirzəliyev Emil Cəmil oğlu,

Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Ağdam rayonu, Mahrızlı kəndi.