18 aprel 2019, 14:45

Cəmil Tağızadədən, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizi daha yaxından tanımağımız, tariximizə daha yaxşı bələd olmağımız üçün yaratdığınız şəraitə görə Sizə minnətdaram.

Ölkəmiz bir-birindən üstün gözəlliklərlə zəngindir. Şagirdlər üçün təşkil edilən maarifləndirici tur-aksiya çərçivəsində biz bu gözəlliklərin bir hissəsi ilə tanış olduq. Lənkəran, Astara, Masallı şəhər və rayonlarının tarixini, mədəniyyətini daha yaxından öyrəndik. Astarada “Astaraçay” çay fabrikinə, Masallıda sənaye məhəlləsinə, Lənkəranda çay plantasiyalarına getdik, oraların heyrətamizliyi ilə tanış olduq.

Biz gənclər də öz növbəmizdə Azərbaycanın gələcəyi olaraq çalışacağıq ki, ölkəmizin daha da inkişaf etməsində əlimizdən gələni edək.

Hörmətlə,

Tağızadə Cəmil Cəbrayıl oğlu,

10-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Ucar rayonu, Gəraybəyli kəndi.