19 mart 2019, 18:00

Bəhram Zahidovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son vaxtlar ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında müsbət mənada həyata keçirdiyiniz inqilabi dəyişiklikləri dəstəkləyirəm. İllərlə müzakirə mövzusuna çevrilən bəzi şəxslərin, eləcə də məhkum olunmuş bir sıra digər insanların həbsdən azad edilməsinə dair Sərəncamınız Sizin böyüklüyünüzü və yüksək insani dəyərlərə sahib olduğunuzu bir daha göstərdi.

Ölkəmizdə sülhün möhkəmlənməsi və ictimai barışın yaradılması istiqamətində atılan addımlarınızı təqdirəlayiq hesab edir və yüksək qiymətləndirirəm.

Bütün bunlar ölkə rəhbəri kimi Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut edir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirəm.

Böyük hörmətlə,

Zahidov Bəhram, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.