19 mart 2019, 16:15

Familə Abdullayevadan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və bu gün Sizin tərəfinizdən layiqincə davam etdirilən siyasət nəticəsində respublikamızın bütün şəhər və rayonları öz görkəmini dəyişib və inkişaf edib.

Vətəndaşların rifah halının və yaşayış şəraitinin yaxşılaşdırılması üçün görülən işlər də danılmazdır. Son aylarda əməkhaqqı və təqaüdlərin artırılması ilə yanaşı, problemli kreditlərin həlli ilə bağlı verdiyiniz fərman və sərəncamlarınız xalq arasında böyük sevinc və rəğbətlə qarşılanıb.

Fürsətdən istifadə edərək, qarşıdan gələn Novruz bayramı münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edir, Sizə bol ruzi-bərəkət, möhkəm cansağlığı diləyir, 2019-cu ilin Qarabağımızın azadlığı ili olmasını arzulayıram.

Çox sağ olun, əziz Prezidentimiz.

Hörmətlə,

Abdullayeva Familə Hüseyn qızı, Kəlbəcər rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Göygöl rayonu.