19 mart 2019, 15:10

Elvin Abbasovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İmzaladığınız əfv Sərəncamı ilə Siz Novruz bayramı ərəfəsində nə qədər ailələri sevindirmiş oldunuz. Mən nə siyasətçiyəm, nə həbsxana həyatı yaşamışam, nə də ki, həbsxana həyatı yaşayan yaxınlarım var. Amma bütün bunlara baxmayaraq, bir Azərbaycan vətəndaşı, hakimiyyətə gəldiyiniz ilk vaxtlardan indiyədək Sizi hər zaman dəstəkləyən bir şəxs kimi mənə bəxş etdiyiniz gözəl hisslərə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bir daha əmin oldum ki, öz azad seçimimdə yanılmamışam.

Əminliklə söyləyə bilərəm ki, mənim kimi Sizi dəstəkləyən milyonlarla Azərbaycan vətəndaşının növbəti dəfə böyük rəğbətini qazandınız. Apardığınız uğurlu islahatların hər zaman davamlı olacağına inanaraq Sizi alqışlayıram.

Hörmətlə,

Abbasov Elvin Zabil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.