“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

19 mart 2019, 15:17


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 158; 2002, № 5, maddə 245; 2003, № 12, I kitab, maddə 674; 2007, № 5, maddə 442, № 6, maddə 596; 2016, № 3, maddə 430) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin birinci hissəsində birinci halda “və” sözü “, elektron və digər” sözləri ilə əvəz edilsin.

2. 15-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi nüsxəsini;

- profilinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2 pulsuz məcburi nüsxəsini göndərməlidirlər.

Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsini bu maddənin birinci hissəsində göstərilmiş kitabxanalara göndərməlidirlər.

Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu maddədə müəyyən edilmiş məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilir.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən onların elektron variantları ilə) təchizatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10