19 mart 2019, 14:00

Vaqif Ağayevdən, Balıkəsir, Türkiyə

Hörmətli cənab Prezident İlham Əliyev.

Mən Türkiyənin Balıkəsir Universitetinin 4-cü kurs tələbəsiyəm. Siz mərhum atanız, ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirir, Azərbaycan üçün çox vacib və faydalı işlər görürsünüz.

Son illərdə aparılan işlər və əldə olunan uğurlu nəticələr, o cümlədən birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, “Formula 1” yarışlarının keçirilməsi, “Qarabağ” futbol klubunun beynəlxalq miqyasdakı uğurları ölkəmizi dünyaya tanıdır və respublikamız daha çox turistin gəlməsinə səbəb olur.

Həyata keçirilən sosial islahatlar, xalqla sıx təmasda olmağınız, vətəndaşları şəxsən dinləməyiniz və müraciətlərini qəbul etməyiniz məni çox sevindirir. Sizin bu siyasətiniz mənim üçün və mənim kimi minlərlə gənc üçün yaxşı motivasıyadır.

Allah Sizə həmişə möhkəm cansağlığı qismət etsin. Ölkəmiz daim inkişaf etsin, respublikamızda hər zaman əmin-amanlıq olsun. Biz pis gündə də, yaxşı gündə də Sizə dəstəyik, cənab Prezident. Uğurlarınızın davamlı olmasını diləyirəm.

Hörmətlə,

Ağayev Vaqif Vüqar oğlu.

Türkiyə Respublikası, Balıkəsir şəhəri.